Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Baş həkim idman travmalarından danışdı

11 iyl 2024, 10:51
Baş həkim idman travmalarından danışdı

“İdmanla məşğul olarkən ən çox rast gəlinən travmalar müxtəlif amillərdən asılı olaraq fərqlənir, lakin bəzi travmalara daha çox rast gəlinir”. 

Liderxeber.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilisində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ən çox rast gəlinən idman travmaları düşmə və ya birbaşa zərbələr nəticəsində baş verən qol və ayaq sınıqlarıdır:

“Xüsusilə futbol və basketbol kimi idman növlərində çanaq və omba sınıqlarına rast gəlinir. Həddindən artıq yüklənmə və ya qeyri-düzgün isinmə səbəbindən əzələ gərginliyi və zədələri də baş verə bilər”.

Baş həkim bildirib ki, xüsusilə diz və ayaq biləyi bağlarında travma futbol, basketbol, gimnastika kimi idman növlərində bağların yırtılması və dartılması geniş yayılıb:

“Yüksək intensivlikli məşqlər və təkrarlanan hərəkətlər nəticəsində kiçik sümük çatları meydana gələ bilər. Bu qaçış, basketbol və gimnastika idman növlərində daha çox rast gəlinir. Bu travmaların qarşısını almaq üçün idmanla məşğul olarkən düzgün isinmə, uyğun idman avadanlığı və texnika istifadə etmək vacibdir”.

Baş həkim sonda qeyd edib ki, idmanla məşğul olmazdan əvvəl peşəkar bir məşqçi və ya fizioterapevtdən  məsləhət almaq faydalıdır.