Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Dubay hava limanı sərnişinlərə xidmət üzrə yeni rekord müəyyənləşdirib

12 avq 2024, 09:52
Dubay hava limanı sərnişinlərə xidmət üzrə yeni rekord müəyyənləşdirib

Dünyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Dubayın Beynəlxalq Hava Limanı 2024-cü ilin ilk altı ayında 44,9 milyon sərnişinə xidmət göstərərək yeni rekorda imza atıb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə əmirliyin hava limanlarını idarə edən “Dubai Airports” şirkətinin press-relizində deyilir.

Qeyd olunur ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

2024-cü ilin birinci yarısında Dubay Beynəlxalq Hava Limanı ən çox Hindistandan sərnişin qəbul edib - 6,1 milyon nəfər. Siyahıda ondan sonra Səudiyyə Ərəbistanı və Böyük Britaniya gəlir - müvafiq olaraq 3,7 milyon və 2,9 milyon nəfər. “Dubai Airports” ən yüksək sərnişin axını təmin edən ölkələr kimi Pakistanı (2,3 milyon), ABŞ (1,7 milyon), Rusiya (1,3 milyon) və Almaniyanı (1,3 milyon) göstərib.

Şirkətin press-relizinə əsasən, hesabat dövründə hava limanı 216 min reys qəbul edib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə 7,2 % çoxdur. Hava limanının xidmətlərindən istifadə etdiyi ən sıx ay yanvar ayı olub. Həmin ay 7,9 milyon sərnişin xidmətdən istifadə edib.

“Dubai Airports”un baş direktoru Pol Qriffitsin sözlərinə görə, 2024-cü il ərzində Dubay Beynəlxalq Hava Limanı 91,8 milyon sərnişini qəbul etməyi nəzərdə tutur. "İlin qalan hissəsi üçün çox nikbin proqnozumuz var. Yeni rekordlara doğru gedirik və 2024-cü ildə 91,8 milyon qonaq qəbul etməyi planlaşdırırıq", - o deyib.