Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Əhaliyə xəbərdarlıq...

10 iyl 2024, 15:35
Əhaliyə xəbərdarlıq...

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək. 

Liderxeber.az xəbər verir ki, zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan 00:00-adək etibarən hiss ediləcək. 

Qasırğa ayın 11-i səhər saat 06:00-dan başlayaraq yenidən aktivləşəcək. Sabah səhər saat 09:00-11:00 aralıqlarında zəif geomaqnit qasırğası müşahidə olunacaq. Daha sonra - saat 15:00-da şiddətlənərək yerini kiçik geomaqnit qasırğasına verəcək. 

1 gün fasilədən sonra Yerdə iyulun 13-ü saat 18:00-dan, ayın 16-sı saat 15:00-adək kiçik geomaqnit qasırğası hiss ediləcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.