Son Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli
2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO)
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək. Liderxeber.az
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan
İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
banner

Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” keçiriləcək

10 iyl 2024, 12:40
Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” keçiriləcək

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində 22 İyul Ümumdünya Beyin Günü ilə əlaqədar “Sinir sistemi həftəsi” layihəsi baş tutacaq.

Liderxeber.az xəbər verir ki, 17-18 iyul tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində vətəndaşlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (nevroloq, uşaq nevroloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək. 

19 iyul tarixində isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Şəki-Zaqatala tibbi ərazi bölməsinə aid olan - Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkil olunması, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Sinir sistemi həftəsi” çərçivəsində Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları Şəki Ailə Sağlamlıq Mərkəzində baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.