Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Xəstənin ölümünə görə həkimə həbs cəzası verildi

10 iyl 2024, 10:13
Xəstənin ölümünə görə həkimə həbs cəzası verildi

Şəki Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Fatimə Abdullazadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Liderxeber.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət və protest qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin çıxardığı 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il həbs cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

İttihama görə, hadisə 22 iyul 2022-ci il tarixdə, saat 04 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Quliyeva Vüsalə Teymur qızı yüksək hərarətlə sözügedən xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq Vüsalə Quliyeva orada vəfat edib. Həmin müddətdə Fatimə Abdullazadə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olub. Hadisədən sonra o, cinayət məsuliyyətinə cəlb edilib.