Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Üç məşhur həkim məhkəmə qarşısına çıxarılır

08 iyl 2024, 08:59
Üç məşhur həkim məhkəmə qarşısına çıxarılır

Üz-çənə sahəsində tanınmış 3 həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə verilib.

Liderxeber.az məlumatına görə, Elmira Tofiq qızı Ağabalayeva və anası Mahirə Məmmədrahim qızı Ağabalayeva üç tanınmış həkim - Sənan Tofiq oğlu Xankişiyev, Şamil Ehtibar oğlu Rzayev və Fərman İbrahim oğlu Həsənov barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər.

Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək.

Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, "Araş Estetik" MMC, "Dental Arts Studio" MMC, "Real Hospital" MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.

Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkisində millət vəkilliyinə namizəd də olub.

Sənan Xankişiyev barəsində isə bu, birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət etmişdi.