Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Bu cür qidalansanız 70 yaşında da sağlam ola bilərsiniz

05 iyl 2024, 13:39
Bu cür qidalansanız 70 yaşında da sağlam ola bilərsiniz

Harvard Universitetinin alimləri 30 illik araşdırmadan sonra yaş artdıqca necə qidalanmağın və sağlam qalmağın yollarını açıqlayıblar. Gənclik illərində düzgün qidalanma sağlamlığınızı həm fiziki, həm də zehni cəhətdən yaxşılaşdırır.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, universitetinin alimləri 106 mindən çox şəxsin iştirakı ilə 30 illik bir araşdırma aparıblar.

Araşdırmada 70 min 467 qadın və 36 min 464 kişi iştirak edib.

Tədqiqatın başlanğıcında, yəni 1986-cı ildə, iştirakçıların ən azı 39 yaşı var idi və heç birinin xroniki xəstəlikləri yox idi.

Uzunmüddətli araşdırmanın bir hissəsi olaraq iştirakçılar 1986-cı ildən 2010-cu ilə qədər hər dörd ildən bir öz yemək vərdişlərini hərtərəfli şəkildə bölüşdülər.

Harvard tədqiqatçıları hər bir iştirakçının pəhrizə nə qədər uyğun gəldiyini öyrənmək üçün onları addım-addım ilzəyib.

2016-cı ildə iştirakçıların təxminən yarısı öldü və yalnız 9 faizi sağlam yaşamağa davam etdi.

Tədqiqatçılar “sağlam qocalığı” ən azı 70 yaşa qədər yaşamaq, yaxşı idrak funksiyalarına, psixi sağlamlıqlarına, fiziki funksiyalarına malik olmaq və diabet kimi xroniki xəstəliklərdən azad olmaq kimi şərh ediblər.

Tədqiqatlar meyvə və tərəvəz, doymamış yağlarla zəngin pəhrizin onilliklər sonra yaxşı bir ömür vəd etdiyini göstərir.

Trans yağlar, natrium, qırmızı və emal edilmiş ət istehlak edənlərdə sağlam yaşlanma ehtimalı azalır.