Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Azərbaycan qanunvericiliyində yeni anlayış və cərimələr

28 iyn 2024, 17:17
Azərbaycan qanunvericiliyində yeni anlayış və cərimələr

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə "kiçik elektrik nəqliyyat vasitəsi" anlayışı daxil edilib və qeyd olunur ki, ilk dəfə olaraq velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir.

Qanunvericiliyə edilən dəyişikliklərlə bağlı Liderxeber.az-ın suallarını cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu dəyişikliyin edilməsi üçün zəmin yaranmışdı.

"Belə ki, qanunvericilikdə mikromobillik sahəsində yalnız velosipedlə bağlı məsələlər qismən tənzimlənirdi. Velosiped və kiçik mühərrikli elektrik nəqliyyat vasitələri ilə bağlı mövcud qanunvericilikdəki münasibətlər sistemi isə real vəziyyətdən əhəmiyyətli dərəcədə geri qalırdı. Buna görə də mikromobillik vasitələrinin istifadəçilərinin və yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi ilə bağlı təhdidlər yaranırdı.

Bu səbəbdən də qanunvericilikdə kiçik elektrik nəqliyyat vasitəsi (KENV), kiçik elektrik nəqliyyat vasitələrinin operatoru anlayışlarının daxil edilməsi, KENV-in sürücüsünün vəzifələri, KENV-lərin hərəkətinə və operatorlarının fəaliyyətinə dair tələblərin müəyyən edilməsi zərurəti yaranmışdı.

Yeni qəbul olunan dəyişikliyə əsasən ilk dəfə olaraq velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta 100 manat cərimə və 2 balla qiymətləndirilir.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə 100 manat məbləğində cərimə edilir. Bu inzibati xəta 2 balla qiymətləndirilir.

İlk dəfə olaraq digər belə bir inzibati tənbeh tədbiri müəyyən edilir. Bu inzibati xəta üzrə bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləqində cərimə müəyyən edilir.

Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə müəyyən edilir.

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə 150 manat məbləğində cərimə müəyyən edilməsidir.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilərsə 200 manat məbləğində cərimə müəyyən edilir.Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir. Bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 1000 manatdan 1200 manatadək məbləğdə cərimə edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər üçün 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə müəyyən edilir"- deyə məlumatda bildirilir.