Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

TƏBİB-in İcraçı direktoru: Doğum evlərində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır

27 iyn 2024, 20:10
TƏBİB-in İcraçı direktoru: Doğum evlərində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır

Doğum evlərində göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.
Liderxeber.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib
Onun sözlərinə görə, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.
"Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcəkdir. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır" - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.