Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Yay aylarında bu məhsuldan istifadə etməyin

25 iyn 2024, 10:14
Yay aylarında bu məhsuldan istifadə etməyin

Koronavirus pandemiyası zamanı spirt tapılmayan günlərdə bir çox insanın dezinfeksiya üçün istifadə etdiyi kolonya yenidən gündəmə gəlib.

Liderxeber.az xəbər verir ki, bəzi insanlar yay aylarından infeksiyalardan qorunmaq üçün kolonyadan istifadə edir. Qoxusu və təravətləndirici təsirinə görə də bu məhsula üstünlük verilir. Həmçinin bəzi restoranlar da müştəriləri qapıda kolonya ilə qarşılayırlar.

Lakin bu məhsulun düzgün istifadə edilməməsi ağciyərlərə və beyinə ziyan vura bilər. Onun tərkibindəki kimyəvi maddələrin sağlamlığa mənfi təsir göstərə biləcəyi qeyd edilir.

Kimyəvi maddələrdən təmizlənmədən metil spirti ilə hazırlanan kolonya beyin, ağciyər və dəridə ciddi problemlər yarada bilər.

Xüsusilə də yay aylarında kolonyadan istifadə etmək tövsiyə edilmir. Dermatoloqların fikrincə, kolonya dərini qurudur, tərləmənin qarşısını alır və xüsusilə həssas dəriyə ciddi zərər verə bilər.

Çünki daha da həssaslaşan dəri günəşə məruz qaldıqda yanıb qabıqlana bilir. Bu isə dəridə qalıcı ləkələrə səbəb ola bilər. Üstəlik, kolonya dərinin bakteriyalara qarşı mübarizə mexanizmini bloklayır.

Bildirilir ki, keyfiyyətli kolonyada "etanol" adlanan etil spirti istifadə olunur. Odur ki, kolonyadan vazkeçmək istəməyənlər mütləq daha keyfiyyətli olan versiyalarını seçməlidirlər.

Ancaq keyfiyyətli olsa belə, ekzema və sedef kimi dəri xəstəliklərdən əziyyət çəkənlər kolonyadan imtina etməlidirlər.