Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI

24 iyn 2024, 10:35
Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI

Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları məlum olub.

Bu barədə Liderxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qətlə yetirilənlərdən biri polis kapitanı Eldəniz Məmmədov, digərləri isə polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Qeyd edək ki, keçmiş məhkum, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Belə ki, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.