Son Xəbərlər
Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşımada xidmət keyfiyyətini artırmaq
25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tariflər
Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda
Prezident İlham Əliyev Əli Cavad oğlu Əhmədovun Azərbaycan Respublikası Baş
COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə
Prezident İlham Əliyev Asif Yunis oğlu Əsgərovun Bakı şəhəri Nəsimi Rayon İcra
İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda
Bakıda mal ətinin qiymətində artım müşahidə olunur. Qəssablar bildirirlər ki,
Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında
banner

Müəllimlərin sertifikatlaşdırma imtahanının ikinci günü keçirilir

22 iyn 2024, 10:11
Müəllimlərin sertifikatlaşdırma imtahanının ikinci günü keçirilir

Müəllimlərin sertifikatlaşdırma imtahanının ikinci günü keçirilir.

Liderxeber.az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-ə yaxın təhsilverən dəvət edilib.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.
Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 24 iyun tarixində də davam edəcək.