Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkarlanır

21 iyn 2024, 14:22
Hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkarlanır

Bugünkü rəqəmlərə baxsaq görərdik ki, hər il yüzlərlə nikaha girmək istəyənlər arasında təhlükəli xəstəliklər aşkar olunur. Əgər həmin şəxslər evlənsəydi, xəstə uşaqları doğulardı.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə qohum nikahlarından dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, hətta 4 dəfə artıqdır. Eyni zamanda 1 % uşaqlar arasında aşkarlanan qüsurlar, qohum evliliyi nəticəsində 9 % təşkil edir.

“Dünyada yaşayan insanların 10-12 %-i qüsurlu olanlardır. Onların da 40,5 %-i qohum nikahlarından dünyaya gələn uşaqlardır. Bunu təkzib etmək və ya haqq qazandırmaq mümkün deyil. Bəzən insanlar bu rəqəmlərə inanmır. Halbuki biz hər gün belə ailə faciələri ilə rastlaşırıq. Qohum nikahları əsasən irsi qan xəstəlikləri, dayaq hərəkət aparatının qüsuru, həm fiziki, həm də zehni qüsurlara yol açır. Bu kimi ailələrlə söhbət edəndə şahidi oluruq ki, nikahdan əvvəl heç bir tibbi müayinədən keçməyiblər”, - komitə sədri əlavə edib.