Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Velosipedlər üçün salınan zolaqlarda avtobus dayanacaqlarına yer niyə nəzərə Alınmır?

21 iyn 2024, 09:00
Velosipedlər üçün salınan zolaqlarda avtobus dayanacaqlarına yer niyə nəzərə Alınmır?

Dayanacağın qarşısında çəkilən velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır.

Liderxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu Mirzəağa Əliyev küçəsindən gedir. Sonradan salınan velosiped zolağına görə hər gün onlarla sakin bu ərazidə ictimai nəqliyyata minmək üçün çətinlik çəkir. Yaranan vəziyyətə görə, avtobusu məcburən yolun hərəkət hissəsində saxlayan sürücülər də bu haldan narazıdırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı çəkilən zaman piyadalar mütləq qaydada nəzərə alınıb. Belə ki, ərazidə piyadaların üstünlüyünü bildirən yol nişanı quraşdırılıb və mikromobillik vasitələri hərəkətdə olarkən piyadalara yol verməlidirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, velosipedçi tərəfindən piyadaya yol verilmədiyi halda inzibati xətalar məcəlləsinə əsasən sürücü 40 manat məbləğində cərimə olunur.
Ətraflı süjetdə: