Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

İsmail Serageldin: Dünya əhalisinin təxminən 10%-i hələ də acdır

20 iyn 2024, 14:04
İsmail Serageldin: Dünya əhalisinin təxminən 10%-i hələ də acdır

Dünya əhalisinin təxminən 10%-i hələ də acdır.

Liderxeber.az xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda “Ərzaq və Kənd Təsərrüfatı Sektorunun xüsusi halı” adlı panel müzakirəsi zamanı deyib.

O bildirib ki, hamı iqlim dəyişikliyinin nəticələrinə məruz qalır.

“Meşələrin qırılması, torpaq eroziyası, səhralaşma prosesi sürətləndirir".

O deyib ki, sudan səmərəli istifadə və su resurslarının qorunması digər vacib məqamdır.

"Bir çox inkişaf etməkdə olan ölkələrdə, ən yoxsul ölkələrdə, suyun təxminən 80%-i kənd təsərrüfatına gedir. İnsanlara sudan səmərəli istifadə öyrədilməli və bunun önəmi hər zaman xatırladılmalıdır”,- deyə o bildirib.

İsmayıl Seragəldin deyib ki, ərzaq və kənd təsərrüfatı xüsusi diqqət tələb edir. "Əgər biz səmərəli şəkildə işləsək bu sahələr problemin (iqlim dəyişikliyi) bir hissəsi yox, onun həlli ola bilər", o əlavə edib.