Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Dövlət qulluqçularının orta aylıq əməkhaqqı açıqlanıb

20 iyn 2024, 12:44
Dövlət qulluqçularının orta aylıq əməkhaqqı açıqlanıb

2024-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,7 faizini qadınlar təşkil edir.

Bu barədə Liderxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dövlət qulluqçularının 7,3 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,8 faizi 4-cü təsnifatı, 11,7 faizi 5-ci təsnifatı, 7,9 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 4,6 faizi 1 ilədək, 25,4 faizi 1 ildən 5 ilədək, 22,5 faizi 5 ildən 10 ilədək, 19,3 faizi 10 ildən 15 ilədək, 28,2 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,7 faizini 25-29 yaşda, 17,8 faizini 30-34 yaşda, 15,9 faizini 35-39 yaşda, 12,5 faizini 40-44 yaşda, 9,4 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,1 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933,3 manat təşkil edib.