Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

17 iyn 2024, 12:33
Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verib.

Bu barədə Liderxeber.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 3,7 min cüt protez və ortopedik ayaqqabı, 37 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Bu ilin 5 ayı ərzində ümumilikdə 6,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.