Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

DİN-dən “Son Zəng”lə bağlı valideynlərə - Müraciət

13 iyn 2024, 13:14
DİN-dən “Son Zəng”lə bağlı valideynlərə - Müraciət

Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə müraciət edib.

Liderxeber.az xəbər verir ki, müraciətdə “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis tərəfindən tədbirlərin görüləcəyi bildirilib:

“Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək”.