Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Günvurmadan belə qoruna bilərik - Diqqət!

13 iyn 2024, 09:46
Günvurmadan belə qoruna bilərik - Diqqət!

Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma  ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir. 

Liderxeber.az Türkiyə mətbuatına istinadən günvurmadan qorunmanın bəzi qaydalarını təqdim edir:

Gündəlik 2 litr sərin su için;

Günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın;

Nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin;

Qidanızda çiyələyə daha çox üstünlük verin. Çünki bu meyvə bədəni sərinlədir, istilik səbəbilə artan qan təzyiqini normallaşdırır; Xiyar, qarpız, nanədən mütəmadi istifadə edin. Tərkibində su çoxdur, qan təzyiqini tənzimləmə xüsusiyyəti var və sakitləşdirici təsirə malikdir.