Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

32 il ağır yaşayışdan sonra yenidən doğma Şuşada

06 iyn 2024, 13:00
32 il ağır yaşayışdan sonra yenidən doğma Şuşada

Ömrünün 32 ilini məcburi köçkün kimi Bakıdakı yataqxanaların birində ağır şəraitdə yaşamış Birinci Qarabağ müharibəsi veteranı Əbülfət Əsədov ailəsi ilə birlikdə doğma Şuşaya köçüb.

Liderxeber.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, o bu illər ərzində doğma torpaqların həsrətini çəkdiyini bildirib.

Ə. Əsədov sonuncu dəfə Şuşada 1992-ci il aprelin 24-ü olub. Təxminən bir həftə sonra Şuşa işğal olunub: “Evliliyimizin 32-ci ilidir. Toy üzü görməmişik, qismət olmayıb. Şuşa işğal olunmuşdu, şəhidlər vermişdik deyə toy eləmədik, “ZAQS”a gedib qol çəkdik. Həsrətlə gözləyirdik ki, Şuşaya gedək.

... Çox şükürlər olsun ki, Şuşamıza gəlib çıxdıq. Burada gözəl evlər tikiblər. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə  rəhmət eləsin!”