Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Əti ayrı, yumurtası ayrı dərd olan toyuqlar xərçəng yaradır?

04 iyn 2024, 08:52
Əti ayrı, yumurtası ayrı dərd olan toyuqlar xərçəng yaradır?

Sənaye üsulu ilə yetişdirilən toyuq və yumurtalara tələbat kifayət qədərdir. Bir çox insanın qida rasionunda xüsusi yer tutan broyler toyuqlarının zərərləri ilə bağlı isə yetərincə fakt var.

Baytar Famil Kazımovun sözlərinə görə, sənayedə yetişdirilən toyuqlara daha çox yumurtlaması üçün kimyəvi tərkibli dərmanlar verilir. Bu cür çoxaldılan canlılar isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Belə maddələr toyuqda asılılıq yaradır və dərman dayandırılarsa, toyuqlar yumurtadan kəsilir:

"Kimyəvi yolla hazırlanmış hər hansı bir dərman nəinki insan orqanizmində, hətta toyuqlarda da xərçəng riskini artıra bilər. Həmin qidalardan başqa heç nə qəbul etmədiyi üçün yumurtaların hamısı ağ rəngdə olur". Qida mütəxəssisi Asim Vəliyevin sözlərinə görə, satışda hazırda kənd toyuğu və yumurtası adı ilə mənşəyi bəlli olmayan məhsullar da var:

"Bəzi təşkil olunan reydlər nəticəsində kənd yumurtası adı ilə satılan saxta məhsullar aşkarlanıb. Hətta bəzən yumurtaların üzərinə kənd məhsulu olduğunu göstərmək üçün toyuq nəcisi də çəkirlər".

Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli isə iddiaları təkzib edib. Onun sözlərinə görə, toyuqlara yumurta artımı üçün dərman verilməsi və satışda saxta məhsulların olması əsassızdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, 2024-cü ildə keçirilən monitorinq və yoxlama tədbirləri zamanı bu kimi faktlara rast gəlinməyib.