Son Xəbərlər
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail
123 il əvvəl, 1901-ci ilin noyabrında həkim Karl Landşteyner qan nümunələrini
Artıq bir neçə gündür ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə
Qidalanma mütəxəssisi, professor Amparo Qamero bəzi qidaları soyuducuda
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata
banner

AZAL: 2024-cü ilin əvvəlində şirkət uçuşların tezliyini və vaxtında həyata keçirilməsi göstəricisini artırıb

03 iyn 2024, 16:07
AZAL: 2024-cü ilin əvvəlində şirkət uçuşların tezliyini və vaxtında həyata keçirilməsi göstəricisini artırıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın milli aviadaşıyıcısı AZAL Tbilisi, Moskva, Ankara, İzmir, Aktau, Dubay, Nyu-Dehli, London, Milan, Praqa, Sankt-Peterburq və s. kimi məşhur istiqamətlər üzrə uçuşların tezliyini artırıb.

Bunu Liderxeber.az xəbər verir ki, bunu economics-ə müsahibəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev deyib.

Onun sözlərinə görə, tələbatın artmasına cavab olaraq və sərnişinlərin ehtiyaclarının ödənilməsi üçün 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 2024-cü ilin analoji dövründə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların tezliyi əhəmiyyətli dərəcədə artırılıb. Keçən ilin yanvar-aprel aylarında Naxçıvan istiqamətində orta hesabla həftədə 40 reys həyata keçirilirdisə, cari ilin eyni dövründə bu rəqəm 55-ə çatıb.

Samir Rzayev bildirib ki, Avropa istiqamətləri də daxil olmaqla aviaşirkətin məşhur marşrutları üzrə uçuşlarının tezliyinin artırılması AZAL-ın davamlı uğurlu inkişafını təcəssüm etdirir. “2024-cü ilin yanvar-aprel ayları üzrə uçuşların vaxtında həyata keçirilməsi göstəricisi (“On-time Performance”) 87% təşkil edib ki, bu da beynəlxalq səviyyədə qəbul olunmuş standartdan 7% yüksək olub”, - Samir Rzayev qeyd edib.

O, əlavə edib ki, proaktiv tədbirlər və strateji müdaxilələr vasitəsilə hava şəraiti ilə bağlı çətinliklər və əməliyyat səmərəsizliyi də daxil olmaqla, gecikmələrə səbəb olan müxtəlif amillər uğurla həll edilib. Samir Rzayevin sözlərinə görə, texnoloji həllərdən istifadə etməklə, əməliyyat proseslərini təkmilləşdirməklə və fövqəladə hallar planlarını həyata keçirməklə AZAL uçuşları davamlı şəkildə optimallaşdırır. Bu təkmilləşdirmə AZAL-ın yalnız etibarlılığa olan öhdəliyini əks etdirmir, həm də sərnişinlərə daha rahat və daha punktual uçuş təcrübəsi təqdim etmək hədəfini vurğulayır.