Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? - RƏSMİ AÇIQLAMA

30 may 2024, 10:25
Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? - RƏSMİ AÇIQLAMA

Həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bayram günlərində də bu yanaşma tətbiq edilə bilərmi?

Liderxeber.az-ın məlumatına görə, bayram günlərində də bazar günü olduğu kimi parklanma yerlərinin əksəriyyəti boş olur. Lakin sürücülər adi günlərdə olduğu kimi ödəniş edirlər. Bəzi inkişaf etmiş ölkələrdə isə bayram günlərində də parklanma yerləri pulsuzdur. Sürücülər bu yanaşmanın ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdırlar. Ekspertlər də hesab edirlər ki, parklanma yerlərini bayram günlərində də ödənişsiz etmək olar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Hazırda ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək saxlanılması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan 07:00-dək və həftənin bazar günləri də parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində isə parklanmaya görə ödəniş tələb olunur. Lakin parklanma yerlərinin bayram günlərində pulsuz olması məsələsi hələ ki gündəmdə deyil.