Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“Müharibə veteranlarına verilən 80 manatı qaldırın”

27 may 2024, 16:26
“Müharibə veteranlarına verilən 80 manatı qaldırın”

“Hər il Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Bu il də İşsizlikdən Sığorta Fondunda 56 milyona yaxın ehtiyat var, 3 milyonu xərclənib, 53 milyonu qalıb. Bu qalığı saxlamaqda məqsədiniz nədir?!”

Liderxeber.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deyib. “Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırıb 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsinizsə, müharibə veteranlarına verilən 80 manatı qaldırın. Ayıbdır. Müharibə veteranına 80 manat vermək gülüncdür”, - parlamentari vurğulayıb.