Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“Müəyyən məbləğ qarşılığında yüksək qiymətlər yazılır”

27 may 2024, 14:35
“Müəyyən məbləğ qarşılığında yüksək qiymətlər yazılır”

“İnkuliziv təhsillə bağlı prosesdə ləngimələr var. Düşünürəm ki, bu, bütün məktəb və kolleclərimizdə paralel səviyyədə getmir.

Liderxeber.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov Milli Məclisinin Elm və təhsil komitəsinin iclasında deyib. Deputat qeyd edib ki, bu prosesə daha diqqətlə və həssas yanaşılmalıdır: “Burada maarifləndirmə işlərinə də ehtiyac var. Valideynlər məktəblərə uşaqları necə gətirmək lazım olduğunu bilməlidir”. “Məlum olduğu kimi bir müddət öncə subbakalavr haqqında qanun qəbul olundu. Son dövrlərdə bu sahədə xeyli su-istifadə halları var. Kolleclər artıq özləri üçün müəyyən sistem formalaşdırıblar. Mən birini bilirəm hansı kollecdir. Tələbə ilə danışılır müəyyən məbləğ qarşılığında yüksək qiymətlər yazılır və sonda tələbə universitetə rahat daxil ola bilir. Bu məsələ nəzarətdə saxlanılmalıdır”, - deyə deputat vurğulayıb.