Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Koordinasiya Mərkəzinin sədri: Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var

01 may 2024, 15:36
Koordinasiya Mərkəzinin sədri: Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var

Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçənlər var.

LiderXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, biz bu sahədə davamlı olaraq maarifləndirmə işləri aparırıq, reanimatoloqlar ilə təlimlər keçirik:

"Hazırda Azərbaycanda ölümündən sonra donor olmaq üçün qeydiyyatdan keçən insanlar var, lakin onların sayı çox azdır".

Yeganə Abbasova qeyd edib ki, bu günə qədər beyin ölümü gerçəkləşən heç bir xəstənin orqanlarının transplantasiyasına yaxınları tərəfindən icazə verilməyib:

"Türkiyə təcrübəsinə baxsaq, orada koordinasiya mərkəzi yaradıldıqdan 30 il sonra ilk beyin ölümü gerçəkləşən xəstənin orqanları transplantasiya edilib. Yəni bu, Azərbaycan üçün yeni bir prosesdir. Hazırda Azərbaycanda 4000 dializ xəstəsi var. Transplantasiya üçün növbədə olanlara gəldikdə isə ilk növbədə böyrək transplantasiyası gözləyənlərin sayı üstünlük təşkil edir. İkinci yerdə sümük iliyi, üçüncü yerdə qara ciyər transplantasiyası gözləyənlər dayanır. Hazırda Azərbaycana orqan idxalı da həyata keçirilir. Belə ki, hazırda yalnız buynuz qişa xaricdən idxal olunur".