Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Üzərinə benzin tökülərək yandırılan qadın öldü

30 apr 2024, 12:10
Üzərinə benzin tökülərək yandırılan qadın öldü

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.

LiderXəbər xəbər verir ki, bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərin birinin yaxınlığında qeydə alınıb. Rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyevin kafedə çalışan tanışı, Şəmkir rayon sakini T. Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin keçmiş müdiri Rasim Tağıyevin oğludur. Rasim Tağıyev hadisə vaxtı qadının özünün özünü yandırdığını iddia edib.