Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb

03 noy 2023, 14:30
Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb

Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb.

LiderXəbər xəbər verir ki, Qazaxda 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynova ötən gün məktəbdən başı ağrıdığı üçün evə getmək adı ilə çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa Gəncədə 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yaşadığı evdən çıxaraq itkin düşüb.