Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində tədbir: “Heydər Əliyev irsini öyrənirik”

20 dek 2023, 12:24
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində tədbir: “Heydər Əliyev irsini öyrənirik”

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

Qurumdan bildiriblər ki, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-leytenant Etibar İsmayılov, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, nazirliyin məsul əməkdaşları və xidmətin şəxsi heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan E.İsmayılov, ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu deyib.

Ümummilli Lider Heydər Əliyev ideyalarında azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin əsas yer tutduğunu bildirən digər çıxış edənlər gələcək nəsillərin bu ruhda tərbiyə olunmasını uğurların vacib şərtlərindən biri kimi qiymətləndiriblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.