Son Xəbərlər
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq. Liderxeber.az xəbər verir ki,
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.
Nazirlər Kabineti “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin
“Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam
"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla
Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə yol
banner

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı

08 yan 2025, 11:15
Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların təsir dairəsi, əslində, regionun hüdudlarından da çox kənara çıxmaqdadır.

Sözügedən təsir istiqamətlərindən biri də odur ki,  məhz 44 günlük Vətən müharibəsindən sonra türk dünyasının intibahında, inteqrasiyasında yeni bir mərhələnin başlandığı müşahidə olunur. Elə bu kontekstdə aktuallaşan məsələlərdən biri də türk dövlətlərinin  coğrafi maneələr olmadan biri-birilə əlaqə saxlaya bilməsidir. Bunun üçün mühüm şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bütün dünyaya bəlli olan həqiqətdir ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun ötən əsrdə zorla Azərbaycandan qoparılması həm də türk dünyasının coğrafi cəhətdən parçalanması məqsədi güdürdü. Amma indi Azərbaycanın Vətən müharibəsi, 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlar fonunda Zəngəzur, buradan keçəcək dəhliz yenidən türk dünyasının birləşməsi rolunu oynayacaq. Burada reallaşdırılıcaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasının birləşməsində müstəsna önəm kəsb edəcək. Bundan digər ölkələr, o cümlədən Ermənistan da çoxsaylı dividendlər əldə edəcək. Lakin buna və üzərinə götürdüyü öhdəliklərə rəğmən, Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də ləngidir.

Azərbaycan sözügedən məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımları atıb və atmaqdadır. Lakin Ermənistanın adekvat reaksiya sərgiləməməsi səbəbindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ləngiyir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi rakursda təsirsiz ötüşmür. Təbii ki, hadisələrin bu səpkidə inkişafı regionun lider və qalib ölkəsi olan Azərbaycanın maraqlarına, mənafelərinə cavab vermir. Bütün bunlardan irəli gələrək, Azərbaycan bir daha ən yüksək səviyyədə Ermənistana Zəngəzur dəhlizi ilə bağlı konkret yanaşmasının nədən ibarət olduğunu çatdırdı.  Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq olmasını,  Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ümdə şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd edilən xüsusda dövlət başçısı bildirib: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Bir daha qeyd edilməlidir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: “2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”. Həmin İşçi qrupu fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Zəngəzur dəhlizinin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxta kimi Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər.

Sözügedən dəhlizinin strateji əhəmiyyəti bu mənada həm də onunla ölçülür ki, o, işə düşdüyü halda Cənubi Qafqaz regionu daha sürətlə sabitliyin bərqərar olduğu əməkdaşlıq məkanına çevriləcək. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Zəngəzur dəhlzinin Ermənistan ərazisindən keçən hissəsində İrəvanın suveren hüquqlarını tanıyır. Bu, Ermənistanda Azərbaycana qarşı əsassız ittihamlara, o cümlədən də ərazi iddialarına ən tutarlı cavabdır. Beləliklə, mövcud reallığı nəzərə alıb dəhlizin ərazisindən açılmasına razılıq verməyəcəyi təqdirdə bundan ən çox zərər görən Ermənistan özü olacaq.