Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər

26 avq 2024, 15:35
Ceyhun Bayramov və Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edəcəklər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşü zamanı Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər.

"Bundan başqa, İsrail və Fələstin də daxil olmaqla yaxın bölgələrdə cərəyan edən hadisələr də müzakirə olunacaq", - məlumatda bildirilib."Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Azərbaycanla ikitərəfli münasibətlərlə yanaşı, cari regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılacaq",-məlumatda qeyd olunub.