Son Xəbərlər
Müdafiə Nazirliyi 2022-ci ilin 3 avqustunda baş tutan "Qisas"
Səhərlər limonlu su içməkyin detoks və həzm sisteminə faydaları son illər çox
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onu idarə edənlər başda
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə
İsveçrənin Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin
"Wildberries"in baş ofisində atışmadan sonra bir nəfər həlak olub.
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı
Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd
İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisində peycer partlayışları
Azərbaycanda sabiq polis rəisi vəfat edib. Liderxeber.az xəbər verir ki,
banner

Hər birinizi seçkidə fəal iştirak etməyə və Faiq Xudayevə səs verməyə dəvət edirik!

24 avq 2024, 11:56
Hər birinizi seçkidə fəal iştirak etməyə və Faiq Xudayevə səs verməyə dəvət edirik!

Dəyərli izləyicilər! 
Yeni Azərbaycan Partiyası tərəfindən Xudayev Faiq Allahverdi oğlunun VII çağırış Milli Məclisə üzvlüyə namizədliyi 49 saylı Abşeron ikinci seçki dairəsindən irəli sürülmüş və MSK tərəfindən təsdiq edilmişdir. Hər birinizi seçkidə fəal iştirak etməyə və Faiq Xudayevə səs verməyə dəvət edirik!
Kimdir Faiq Xudayev? Yaxından tanıyaq.
Xudayev Faiq Allahverdi oğlu - 03 aprel 1974-cü il, Qərbi Azərbaycanın Dərələyəz Mahalının Paşalı (Əzizbəyov) rayonunun Gomur kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Fərman Kərimzadə adına Çalxanqala kənd orta məktəbini gümüş medalla bitirib və  həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin “Kənd təsərrüfatı” fakultəsinə daxil olub. 1996-cı ildə həmin universitetin “Aqronomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərməklə tələbə elmi konfransında qazandığı müvəffəqiyyətə görə Y.Məmmədəliyev adına  Naxçıvan  Dövlət  Universiteti  TETJ  şurası tərəfindən ikinci dərəcəli diplomla təltif edilib. 
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlayıb. 2005-2008-ci illərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində, 2008-2010-cu illərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb. 
2012-ci ildə “Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması” mövzusunda dissertasiya işini müdafiə edərək 2014-cü ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Surasının qərarı ilə “aqrar elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb. 
2013-cü ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun “Dənli bitkilərin seleksiyası” şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb. 2013-2015-ci illər ərzində Aqrar Elm Mərkəzində “Elmi işlərin planlaşdırılması və koordinasiya” şöbəsində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi və 2018-ci ildə həmin şöbənin müdiri, 2019-cu ildə isə Aqrar Elm və İnnovasiya Mərkəzində “Elmin təşkili və koordinasiyası” şöbəsinin müdiri,  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifələrində işləyib. 
2014-cü ildə Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə “dosent” elmi adına layiq görülüb. Hazırda “aqrar elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Müxtəlif aqroekoloji şəraitdə növdaxili hibridləşmədən istifadə etməklə makaron sənayesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır. 2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktorudur. 52-dən artıq elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlbinin təşkili üçün istixana operatorluğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin müəllifidir.  Eyni zamanda həmmüəllifi olduğu 48 müxtəlif bitki sortları (20  yumşaq, 12  bərk buğda, 3 arpa, 1 tritikale, 1 noxud, 3 çəltik, 2 qarğıdalı, 1 at paxlası, 3 amarant, 1 kinoa, 1 maralfalfa) rayonlaşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş və bunlardan 9 yumşaq və bərk buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilib və patentlə mühafizə olunur. 
17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib. Ailəlidir, 2 övladı var.ğYap.org-a istinadən