Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Pakistanla Əməkdaşlıq Memorandumu təsdiqləndi

17 avq 2024, 17:06
Pakistanla Əməkdaşlıq Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. 

Liderxeber.az xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan Hökumətinə bildiriş göndərməlidir.