Son Xəbərlər
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
“Azərbaycanda rəsmi işsizlik 5%-in üzərindədir”. Liderxeber.az xəbər verir ki,
“Mən inanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir”.
Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif
Ötən gün Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv
İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının
Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi
İqlim dəyişikliyinin təsirləri mövcud bərabərsizlikləri, o cümlədən gender
banner

Deputat olmasalar da, deputat pensiyası alacaqlar!

14 avq 2024, 11:37
Deputat olmasalar da, deputat pensiyası alacaqlar!

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

Liderxeber.az-ın məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oqtay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiyə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.