Son Xəbərlər
Ukraynanın İsveçrədə keçiriləcək 69-cu "Avroviziya" musiqi
Azərbaycan Mərkəzi Bankının (AMB) tətbiq etdiyi requlyativ güzəştlər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları artırılıb.
Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi
Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili
Sentyabrın 13-dən 15-dək Bakıda keçiriləcək Formula 1 Qran-Prisi öncəsi bəzi
Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb. Liderxeber.az
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa
Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci
banner

Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb

12 avq 2024, 17:03
Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək üçün iki təşkilat qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan qurumların müraciətlərinə baxılıb.

Liderxeber.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O qeyd edib ki, MSK uzun illərdir seçkilərdə “exit poll” keçirmək üçün müraciət edən təşkilatlara şərait yaradır.

R.Qasımov bildirib ki, MSK-ya müraciət edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı ilə, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə seçkilərdə “exit poll” keçirmək niyyətindədirlər:

“Onların müraciətində və sənədlərində heç bir uyğunsuzluq, hüquq pozuntusu aşkarlanmayıb. Beləliklə, bu qurumlara “exit poll” üçün şərait yaradılması qanunauyğun hesab edilib”.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən MSK tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək qəbul edilir. “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2024-cü il avqustun 12-dək nəzərdə tutulmuşdu.