Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir

29 iyl 2024, 17:10
Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlıq sazişi imzalamaq istəyir

Azərbaycan və Qazaxıstan enerji sektorunda strateji tərəfdaşlığa dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.

Liderxeber.az-ın Astanadakı müxbirinin verdiyi məlumata görə, bunu energetika nazirinin müavini Orxan Zeynalov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin I iclasında çıxışı zamanı bildirib.

Qazaxıstanla energetika sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən danışan nazir müavini ötən ilin mart ayından etibarən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin bərpa olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu əməkdaşlığın müsbət dinamikası gələcəkdə neft nəqlinin həcmini artırmağa imkan verir.

“Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə “Azərbaycan və Qazaxıstan hökumətləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş” layihəsi hazırlanıb. Əminəm ki, sənədin imzalanması əlaqələrimizi strateji səviyyəyə qaldırmağa kömək edəcək”, - O.Zeynalov vurğulayıb.