Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

28 may 2024, 20:07
Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.

Liderxeber.az ABŞ bürosu xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib. Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb. Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub. Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib. Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.