Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Qaluzin: Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası regional təhlükəsizliyə töhfə verəcək

28 may 2024, 19:59
Qaluzin: Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası regional təhlükəsizliyə töhfə verəcək

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həm iki ölkə arasında münasibətlərə, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verəcək.

Liderxeber.az-ın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biridir. M.Qaluzin həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır, Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə nüfuza malikdir. "Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan razılaşmalar əsasında əməkdaşlığımız bütün sahələrdə inkişaf edir. Çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimiz mövcuddur", - nazir müavini əlavə edib.