Son Xəbərlər
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".
Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.
Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və
Ali Məhkəməyə yeni hakimlər təyin edilib. Liderxeber.az xəbər verir ki,
Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis
banner

Prezident Ukraynanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

25 may 2024, 12:09
Prezident Ukraynanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

Liderxeber.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Prezident Volodimir Zelenski ilə bir neçə gün əvvəl telefon danışığını xatırladaraq, bu müstəvidə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulduğunu diqqətə çatdırdı. Söhbət zamanı ölkələrimizin müstəqilliklərinin bərpasından bəri Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığı və ölkələrimiz arasında ikitərəfli əsasda yaxşı əlaqələrin olduğu qeyd edildi, həmçinin dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı.

Səfir Ukraynaya göstərilən humanitar dəstəyə, xüsusilə Ukraynadan olan uşaqların Azərbaycanda reabilitasiya üzrə təşkil olunan layihələrə görə təşəkkürünü bildirdi. Yuri Qusev ötən gün Azərbaycanın Laçın şəhərinə səfər etdiyini və burada görülən bərpa-quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, İrpen və Laçın şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması məsələsini qeyd etdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuri Qusevin etimadnaməsini qəbul edib.

LIiderxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.