Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Rəsmi Bakı: Fransa üzr istəməsə, bu, münasibətlərdə daha mənfi təsirlərə gətirib çıxaracaq

17 may 2024, 13:15
Rəsmi Bakı: Fransa üzr istəməsə, bu, münasibətlərdə daha mənfi təsirlərə gətirib çıxaracaq

"Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib".

LiderXəbər.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə fikrinə cavabında deyilir.

O bildirilib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir.

"Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir.

Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaqdır", - Ayxan Hacızadə əlavə edib.