Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşüb

15 apr 2024, 08:16
Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən LiderXəbər-ə verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq və regional platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaşlıq və həmrəyliyə əsaslanan əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə qardaş Özbəkistanın töhfəsinin, Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nazirlər həmçinin iki ölkə XİN-ləri arasında məsləhətləşmə mexanizminin işinin intensivləşməsinin, müqavilə-hüquq bazasının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.