Son Xəbərlər
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta
"İranın Ali Rəhbəri Əli Xamenei "Doğru Vəd-3" əməliyyatının
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Bakı Təşəbbüs Qrupu (BTQ) və “One St. Martin Association” Əməkdaşlıq
banner

Peskov: Putinin Qərb liderləri ilə görüşməyə ehtiyacı yoxdur

12 sen 2023, 08:53
Peskov: Putinin Qərb liderləri ilə görüşməyə ehtiyacı yoxdur

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Qərb ölkələrinin liderləri arasında görüşə ehtiyac yoxdur, elə bir ehtiyac yarananda təmaslar baş tutacaq.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin “G20”nin son sammitində şəxsən iştirakdan imtina etməsini şərh edərkən bildirib.

“Putinin indi bu insanlarla görüşünə ehtiyacı yoxdur, çünki bu görüş bizim gündəliyimizə konstruktiv heç nə əlavə edə bilməz", - sözçü vurğulayıb.

Kremlin rəsmisi diqqətə çatdırıb ki, Putinin beynəlxalq cədvəli “çox, çox aktivdir, lakin konstruktiv olan və Rusiyanın maraqlarına cavab verən istiqamətlərdədir”.

“Sözügedən centlmenlərlə görüşmək vaxtı gələndə bu, mütləq həyata keçiriləcək”, - o söyləyib.

Xatırladaq ki, daha öncə Braziliya Prezidenti Luis İnasiu Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə ölkəsinin Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə, həbs olunmayacağını bildirib.

Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilərək həbsinə order verib. Bu səbəbdən Rusiya liderinin xaricə, xüsusən də Qərbə səfərləri əhəmiyyətli dərəcədə məhdudlaşıb.