Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir"

31 iyl 2023, 12:49
Ombudsman: “Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir"

“Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir. Belə ki, sosial mediada erməni istifadəçilərin azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajları bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı uzun müddətdir ki, nifrət siyasətini davam etdirir”.

LiderXəbər xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial media hesabında yazıb.

“Əvvəlki bəyanatlarımızda bildirdiyimiz kimi, Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir”, - o bildirib.

Qeyd olunub ki, bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələri qərəzli şəkildə şişirtmək, insanlarda narazılıq yaratmaq bölgədə davamlı sülh prosesinə mane olur, eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir.