Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edilib

27 apr 2023, 18:10
Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edilib

Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

LiderXəbər məlumatına görə, buna səbəb iş adamı kimi fəaliyyət göstərən N.Əsədovun vergi və sosial ödənişlərdən yayınmasıdır.

Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N.Əsədova məxsus “İnam”, “Nurvin-ST” və “Nəsimi-44” şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna olan 20 min manata yaxın borcunu ödəmədiyini bildirib. Vergi Xidməti biznesmenin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.

Ərizəyə bu gün hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim iddianı təmin edib. Nazim Əsədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Oqtay Əsədov 2005-2019-cu illərdə Milli Məclisinin sədri olub. Nazim Əsədov bir neçə dəfə mediada tikinti sahəsindəki fəaliyyəti ilə gündəmə gəlib