Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

26 apr 2023, 15:00
Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

Qida blokunda nöqsanlara yol verən 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilib: "Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib".