Elvin Paşayev səyyar qəbul keçirib

26 apr 2023, 09:43
Elvin Paşayev səyyar qəbul keçirib

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən Rayon mərkəzində səyyar qəbul keçirilib


Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhəri Məmməd Əmin Rəsulzadə, Aydın Hacıyev və Səbuhi Hacıyev küçələrinin sakinləri ilə səyyar görüş keçirib. Səyyar görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.


Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/
platformasından istifadə etmələrini tövsiyə edib.


Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Məmməd Əmin Rəsulzadə küçəsindən arxın təmizlənməsi və təmir olunması, asfalt yollarda yaranmış çalaların asfaltlanması, səkilərin təmir olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.