Son Xəbərlər
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
banner

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

25 apr 2023, 16:19
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 1-Mayak və Sübh kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀ 
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək 1-Mayak və Sübh kəndləri haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.
Çıxış edənlər “Ölkə Başçısı cənab İlham Əliyevin regionlara səfəri, respublikamızda aparılan sosial-iqtisadi islahatların uğurla icra olunmasını şərtləndirən amillərdəndir”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ölkə başçısının regionlara səfəri zamanı aparılan abadlıq- quruculuq işlərinə baxış keçirməsi, vətəndaşlarla görüşməsi, yeni iş yerlərinin yaradılması, digər məsələlər haqqında verilən tapşırıqların icra olunması və işğaldan azad olunan ərazilərdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın 18 aprel 2023-cü il tarixində Neftçala rayonuna səfəri və səfər zamanı Neftçala Olimpiya Kompleksinin, Neftçala- Kürkənd- 2 nömrəli Mayak kəndinin avtomobil yolunun açılışı, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq, Bankə qəsəbəsində 2 saylı tam orta məktəbinin açılışı və Ölkə başçısının tapşırıqları haqqında görüş iştirakçılarını məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, eletkrik enerjisində yaranan borc ilə əlaqədar müvafiq köməkliyin olunması, kəndə mavi yanacağın verilməsi, avtomobil yollarında dayanacaqların qurulması, ödəniş terminallarının yerləşdirilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.