Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

“Sumqayıt Tibb Mərkəzi”nin rəhbərliyinə cinayət işi açıldı

25 apr 2023, 14:45
“Sumqayıt Tibb Mərkəzi”nin rəhbərliyinə cinayət işi açıldı

“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

LiderXəbər Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.