Son Xəbərlər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında
BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağının
Rusiyada yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəliyin yayılması
Bir neçə gündür ölkə ərazisində tozlu hava şəraiti hökm sürür. Bəs görəsən, bu
İran zənginləşdirilmiş uran ehtiyatlarını 60 %-ə çatdırıb. Liderxeber.az xəbər
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış
Azərbaycan bu il COP29-a ev sahibliyi etmək şərəfinə nail olub. Azərbaycanın
Azərbaycan Prezidenti İlham Əliyev bütün ölkələri planeti xilas etmək naminə
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Liderxeber.az xatırladır ki, 1918-ci
Azərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan
banner

Bakı Nəqliyyat Agentliyi ləğv edilib

19 apr 2023, 18:35
Bakı Nəqliyyat Agentliyi ləğv edilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına veriib.

Bakı inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib