Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Dövlət Komitəsinin sədri: "Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar"

17 apr 2023, 14:37
Dövlət Komitəsinin sədri: "Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar"

"Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər".

LiderXəbər xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir.

R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür.

"Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik", - Dövlət Komitəsinin sədri vurğulayıb.